Əbədidir bu gözəl, ülvi məhəbbət məndə,Məncə, səndədir, əzizim, bu təbiət məndə.

Səni son mənzilədək gözləyəcəkdir bu könül,Eşqinə olmayacaq zərrə xəyanət məndə.

Ölkə, xalq gəzdirəcək sözlərini qəlbində,Günbəgün artacaq hər nəğmənə hörmət məndə.

Görürəm, hiss edirəm, ölməyəcəksən, bilirəm,Dözərəm hicrinə, varkən bu həqiqət məndə.

Get, zəfərlərlə qayıt, ölmə, Süleymanım, get,Get fəqət qoy ürəyin qalsın əmanət məndə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xəyalımda Mirzə Fətəli canlandı

Vətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.

19626 min
Əzim Əzimzadə

Əzim Əzimzadə təsviri incəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.

19703 min
Süleyman Sani Axundov

Uşaqlıq çağlarım sabiq Quba meydanının yuxarısındakı Spasskaya küçəsində keçmişdir.Quba meydanının yerində indi bağ salınmışdır, küçəmizin aşağı hissəsində Dövlət Dram teatrının binası yüksəlir. Küçəmiz isə halhazırda Qasım İsmayılov adınadır.

6 min
Rəşid bəy Əfəndiyev

Rəşid bəy Əfəndiyevi bir maarifpərvər, bir pedaqoq, bir şair kimi biz uşaqlıq çağlarımızdan tanıyırdıq. Onun ağır illərdə xalqın balaları üçün yazdığı, tərtib etdiyi tədris məcmuələri, uşaq şeirləri, rus klassik şairlərindən etdiyi tərcümələr cəsarətlə demək olar ki, böyük fədakarlıqdır.Quşlar, quşlar, a quşlar,

6 min

Poems by other poets