Yaddaş
Vaxt gələndə,Mən öləndə,Məni Vətən torpağına təntənəsiz basdırın,Sevməyənlər gendə dursun, sevənlər, siz basdırın.Arzum budur məndən sonra ölüm-itim olmasın,Dostlarımın qəlbi qəmlə, gözü yaşla dolmasın.Həyat daha gözəlləşsin, gülsün bağlar, bağçalar,Ruhum gəzsin çiçəklərlə əldən-ələ hər bahar.Namərd ölüm qapı-qapı dolaşmaqdan usansın,Dünyamıza məna verən insan ömrü uzansın.Ulduzlara gedib-gəlsin peykimizin karvanı,Al bayraqlar öpsün bütün dünyanı.Xəzərimin dalğaları xatırlatsın şerimi,Sahildəki gözəllərə gül tək atsın şerimi.Əzəmətli doğma Bakım min qat qəşəng görünsün,Körpələrin baxışları şəfəqlərə bürünsün.Öz qəlbində gəzdirərək qəlbimdəki odumu,Başdaşıma o tək balam yazsın mənim adımı.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-yaddas
Use ← → keys to move, R for a random poem
More by this author
Bilmədin sən qədrimi, ey nazlı canan, bilmədinÇəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.
GəlSevgilim, məclisə gəl, çünki məhəbbət dəmidir.Görkəmin incə, gözəl nazlı gəlin görkəmidir.
DeyirlərAşiq olanın bağrı dönər qanə, deyirlər,Atəşdə yanan aşiqə pərvanə deyirlər.
Səni istərKönlüm yenə min şövq ilə, canan, səni istər,And olsun əziz canına ki, can səni istər.