Sənə üz versə kədər, məclisə cananı çağır,Dodağı qönçəli, ol gözləri ceyranı çağır.

Eşqdir, hicridir, aləmdə vüsaldır məna,Varsa şübhən, bunun isbatına dünyanı çağır.

Söndürə bilməyəcəksən yenə eşqin odunu,İstəyirsən köməyə çayları, dəryanı çağır.

Sağalar məncə, vüsal ilə bu hicran yarası,Zəhmət çəkmə, nə təbibi, nə də loğmanı çağır.

Səni qəmlər dənizi boğmağa eylərsə hücum,Özgə bir kimsəni yox, təkcə Süleymanı çağır!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love