Bir anlıq həyəcan
Sevgilim, həyatla vida çağımdaBorcunu yerinə yetirməyə gəl.Gəl, ötən günlərin xatiratını,Gəlişinlə cana gətirməyə gəl!
Gəl, başıbəlalı Təbrizdən danış,Ürəyi yaralı Təbrizdən danış,Səngərli, qalalı Təbrizdən danış,Vüsal çiçəkləri bitirməyə gəl.
Uzaqda olsan da yanımdan mənim,Qanın ayrı deyil qanımdan mənim,Canıma yaxınsan canımdan mənim –Ölsəm, məni yerdən götürməyə gəl.
Ömrümün dünəndə qaldı baharı.Mənim xoş günümdə gəlmədin, barıQırıb məftilləri, udub yolları,Məni son mənzilə ötürməyə gəl!
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-bir-anliq-heyecan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Separation
Diqqətindən nəzər yetir sərasər,Gələrsə təcnisə, dal əyər-əyər.
Naz etEy rəhmli canan, elemə ülfəte adət,Nazınla vüqarın verər ətvarına zinət,
Ey sitəmkar məni rüsvayi-cahan eyləmisənEy sitəmkar məni rüsvayi-cahan eyləmisənGözümün yaşını çün Dəclə ravan eyləmisən.
AxtarırsanAhu nigah, ay həsrəti xumarın,Dolanıb bağlarda bar axtarırsan.