Rəqs edir
Qoy bütün aləm gəlib görsün, nigarım rəqs edir.Rəqs edir dünya gözümdə, iftixarım rəqs edir.Söyləyin bülbüllərə sussun, bir anlıq ötməsin,Hüsnü dillər əzbəri, şux nəğməkarım rəqs edir.Seyr edir qəmsiz, xəzansız ömrümün gülzarını,Könlümün mülkündə solmaz ilk baharım rəqs edir.Gəlməmək ilhama, pərvaz etməmək mümkün deyil.Nazəninim, dilbərim, eşqim, vüqarım rəqs edir.
Görməyib ellər məni onsuz, onu mənsiz bir an,Ağ günümdə, şad günümdə etibarım rəqs edir.Mən Süleyman Rüstəməm, xoşbəxtlərin xoşbəxtiyəm,Sərvərim, peyğəmbərim, “pərvərdigarım” rəqs edir.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-reqs-edir
Use ← → keys to move, R for a random poem
More by this author
Ayrılıqdan necə gör könlü pərişan oldum,Gözü illər uzunu yol çəkən insan oldum.
Mənim muştuluğumBəxtiyar Vahabzadəyə*Çoxdandır şad xəbər gəlmir o taydan,
Söz ordum...Yanılmaram desəm ki, alın tərli sözümləKönüllərdə şairtək özümə yuva qurdum.
Nə qədər ki, sağdır...Ötərgi sanmayın şikayətimi,Mənim hər fəryadım, hər naləm haqdır.