Bəxtiyar Vahabzadəyə

Çoxdandır şad xəbər gəlmir o taydan,Bağrıma dağ çəkib ayrılıq mənim.Haçandır bir nəfər gəlmir o taydan,Başıma daş töküb ayrılıq mənim.İllərdir bu Araz qırağında mən,Qardaş sorağında gəzən olmuşam.Vahid vətən, millət forağında mənDözülməz dərdlərə dözən olmuşam.

Mənə sözarası “Şair, bir beləYazmaqdan nə çıxar” deyənlər də var.Orda zindandadır, ilk bahar belə,El mənə, yazmasın lənət yağdırar.Yağdırar, yağdırar, necə yağdırmaz,Bu qızıl qələmi o verib mənə,Vicdanım əmr edir şairim, yaz, yaz.Hələ az yazmısan, durma, yaz yenə.

Gedirəm yenə də vüsala doğru,Tənələr yağsa da biganələrdən.Bilirəm, əzmimdə doğruyam, doğru,Xəyalım uzaqdır əfsanələrdən.Öz şəxsi dərdinə qalanlar mənə,Hörümçəklər kimi tor hörməsinlər.Ürəyi qara daş olanlar mənə,Müqəddəs dərdimi çox görməsinlər.Bu şair könlümün məhəbbətiniBilir Heydərbaba, Savalan bilir.Cənubun tükənməz müsibətiniHamıdan daha çox Süleyman bilir.Çox da gəncliyimdən uzaqdır yaşım,Gələcək illərdə gözüm var hələ.Cənubun dərdinə qarışıb başım,Dünyaya bir dünya sözüm var hələ.

Qoy ellər eşitsin, qoy bilsin vətən,Vüsal deyəcəyəm son nəfəsdə də.Andıma vəfalı qalacağam mən,Torpaqlar altında dar qəfəsdə də.Qanlı göz yaşlarım deyildir əbəs,Nisgilim, həsrətim yetməyir sona.Vüsaldan şad xəbər versəydi hər kəs,Canımı muştuluq verərdim ona!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Separation