Təbrizli Süleyman oldum
Ayrılıqdan necə gör könlü pərişan oldum,Gözü illər uzunu yol çəkən insan oldum.Bir zamanlar qoca Təbrizdə şeirlər yazdım,Doğma qardaş kimi min-min evə mehman oldum,Bir gözəl vardı o sahildə, Züleyxaydı adı,İlk baxışdan mən onun hüsnünə heyran oldum.Başıma yadlar əlindən qara daşlar yağdı,Yaralardan ürəyi, bağrı qızıl qan oldum.Göz yaşımla suvarıb dərdli vətən torpağını,Qara güllər bitirən bağlara bağban oldum.Mən o sahildə nişan qoydum ayaq izlərimi,Bakılı, həm də ki, təbrizli Süleyman oldum!
16 iyul 1985
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-tebrizli-suleyman-oldum
Use ← → keys to move, R for a random poem
More by this author
Nadanla əməl dostluğu insana yaraşmaz,Şəksiz necə ki, qarğa gülüstana yaraşmaz.
Beşgünlük deyilEy könül, amalımın dünyası beşgünlük deyil,Düşmə ruhdan, ömrümün mənası beşgünlük deyil.
Azərbaycandan ayrılmazGözəllik, incəlik, sevgi, vəfa insandan ayrılmaz,Coşan sellər, axan çaylar necə ümmandan ayrılmaz.
NəsillərəNəsillər! Bilirik ki, deyilsiniz vəfasız,Baxmayın, etinasız
Poems by other poets · Nature and spring
Əqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
İçindəSən güllər ilə gül, gözəlim, gülşən içində,Bülbüllər ilə mən də gəzim şivən içində.
ای دوست، حکایت نهان چیست؟فی الجمله حدیث عاشقان چیست؟
Gülüstan xar olubdur bana sənsizGülüstan xar olubdur bana sənsiz,Genişlik dar olubdur bana sənsiz,