Olmasın
Pək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
Bülbülündən ayrı düşmüş qızılgül,Bu hicrana kimsə düçar olmasın.Kaş ki, yavrum, son günlərin sevinci,Böylə qısa, bietibar olmasın.
Sənsiz könlüm fəryadlardan usanmaz,Çaylar dursa, göz yaşlarım dayanmaz.Dünya gülşən olsa, könlüm oyanmaz,Sənsiz, yavrum, artıq bahar olmasın.
Dünki gülşən – yarın xəzançın oynaq,Düngi insan – yarın bir yığın topraq.Keçmiş ilk bahardan bu bir kaç yapraq,Saqın, yavrum, son yadigar olmasın.
Bəlli şey ki, həyat beş qara gündür,Mənsiz gül, ağlama, könlüm sevindir,Cismim topraq olsa, ruhum sənindir,Sevgimizə yoxluq məzar olmasın.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-olmasin
Use ← → keys to move, R for a random poem
More by this author
Bir mən idim, bir sən idin, bir də yamaclar...Meşə yolu, yarpaq dolu yaşıl ağaclar.
SalamMəhəmmədzadə Mirzəbala qardaşıma töhfəAmal quşu Şərqə doğru uçarkən,
Yada düşdüGördüm üzünü, bağçada laləm yada düşdü;Əmdim dodağın bal kimi, ağzım dada düşdü.
YaşamaqGözümdə büsbütün aləm məzara bənzərkən,Uçar qaranlıq üfüqlərdə bir qanadlı ziya.
Poems by other poets · Love
Heyf, məndən ol mələksima pəri can istəməz,Cismi-bimiqdarımı rahində qurban istəməz.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən
ÜrəyiməAl qələmi hazır eylə əlində,İsmini nəqş eylə, yaz ürəyimə.
GörünməzGecə-gündüz həsrətində qalmışam,Ol sehmli tərlan hanı görünməz.