Bugün bir gözəlin seyrinə vardım,Əlində şanəsi tel kənarında.Qıvrım-qıvrım, dəstə-dəstə, çinbəçinƏfsanə telləri bel kənarında.

Qapına gəlmişəm sayılam-sayıl,Haqq verən paylara mən oldum qayıl.Sağına, soluna heykəl hamayıl,Qızıl bilərziyi qol kənarında.

Qapına gəlmişəm dərdsiz-mazaram,Davasız dərdinə dərman yazaram.Mən ovçuyam öz yarımı gəzərəm,Onunçun durmuşam yol kənarında.

Yar bağından mən gül-çiçək dərmədim,Dərib onu pünhan yerə sərmədim.Əfqan deyər dünya gəzdim, görmədim,Səni kimi sona göl kənarında.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring