Səni kişi bilib dərdimi dedim,Etmədin dərdimə çarə Müsəllim.Dedim əlac ola bəlkə bu qəməVurdun yara üstdən yara, Müsəllim.

Gedib ağalara bildirdin sözü,Qoydurdun sinəmə atəşi, közü.Səntək kişilərin kor olub gözü,Seçilmir ağ ilə qara, Müsəllim.

Çoban Əfqan, söz deməyə yox əlac,Yoxsullar qalıbdır çörəyə möhtac.Ağalar başına qoyubdular tac,Od vurublar bu diyara, Müsəllim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets