Üç ayda bir dəfə gəlirəm evə,Arvad söz eşitmir, uşaq saymayır.Nə yorğan-döşək var, nə də duz-çörəkÇılpaq körpələrin qarnı doymayır.

Xanım gündə üç yol plov döşəyir,Keflənib bizi də kötəklə döyür.Çörək istəyəndə itil get deyir,Deməyəkmi dərimizi soymayır?!

Sənin adın vardır ay Çoban Əfqan,Görmədin ömründə pay, Çoban Əfqan.Gündə döyür səni bəy, Çoban Əfqan,Dəyənəyi bir əlindən qoymayır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets