Kimdir
Bizdən salam olsun, o Mirzə canaƏzəl çobanlığın binası kimdir?Söz verdi, söz aldı Turi Sinada,Cəmi çobanların anası kimdir?
Getdi Tur dağında söylədi kəlam,Haqdan nida gəldi verdilər salam.Elə kimsənənin mən qulu ollam,Behişt əylərinin sonası kimdir?
Cəbrayıl vəh gətdi bağışla, Musa!Dedi çox qovmuşam əlimdə hasa.Çarmıxa çəkildi Həzrəti İsa,Götdülər qeybdən xilası kimdir?
Harun da vermədi xumsu-zəkatı,Açdılar başına olmaz həkatı.Yer çəkdi kamına bir məmləkatıCəhənnəm oduna yanası kimdir?
Mirzə, pənah gətir o peyğəmbərə,Döndər xəyalını məscid, minbərə.Şahimərdan ağa qulu QəmbərəGör Çoban Əfqanın ağası kimdir?
Kitabxana.az · https://kitabxana.az/en/works/coban-efqan-kimdir
Use ← → keys to move, R for a random poem
More by this author
Səndən xəbər alım, ay Çoban Qara,Bu var, dövlət, qızıl pullar kimindir?
QoymayırÜç ayda bir dəfə gəlirəm evə,Arvad söz eşitmir, uşaq saymayır.
Namə gəlibdirDostum yenə salam-dua göndərib,Xublar məclisindən namə gəlibdi.
Sənə söyləyimGəl sənə söyləyim Şikəstə qardaş,Borcumuzdur zəmanəyə söz demək.
Poems by other poets
Zahid ki, məscid içrə öziçün məkan tutub,Bayquşdu kim, xərabə ara aşiyan tutub.
Qalmağay erdi bu aləmdə məhəbbət kaş kiQalmağay erdi bu aləmdə məhəbbət kaş ki,Tuşkey erdivü berdin rəsmi-müvəddət kaş ki.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
Nənəm danışqan olub(Zarafatyana)*“Nənəm danışqan olub...” gileylənir nəvələr,