Namə gəlibdir
Dostum yenə salam-dua göndərib,Xublar məclisindən namə gəlibdi.Bu dərdimin mindən biri azalmaz,Mənə gələn deyin kimə gəlibdi.
Yenə də qaynayır sərin bulaqlar,Keçir xəyalımdan ötən o çağlar.Niyə kimsəsizdir bizim bu dağlar,Ondan ötrü könlüm qəmə gəlibdi.
Bir ağ gün görmədik fani fənada,Çoban Əfqan verdi ömrünü bada.Dövran varlınındır başdan dünyada,Kasıb niyə bu aləmə gəlibdi?
Kitabxana.az · https://kitabxana.az/en/works/coban-efqan-name-gelibdir
Use ← → keys to move, R for a random poem