Afitabi-dilbəri ruyi çün mahındır sənün,Afitabə sayəban türfi-külahundur sənün.

Şö’leyi-şəm’i-hidayətdür cəmalun dilbəri,Sürmeyi-çeşmi-məlayik xaki rahındur sənün.

Sübhi-eydümdür visalun, həm xəti-səbzin bərat,Leylətül-me’rac həm zülfi-siyahındur sənün.

Kiprigün navəkləridür könlümün çakin tikən,Yürəgim qan eyləyən əgri nigahındur sənün.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xəstəxatir Kişvərini özgələr tək görmə kim,Sidq ilən bir bəndeyi-biiştibahındur sənün.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love