Ey xəti-səbzin Xızr, vey çeşmeyi-heyvan ləbin,Arizin baği-behiştü ğönçeyi-xəndan ləbin.

Höqteyi-yaqutdur ağzın, kəlamın sirri-ğeyb,Dişlərün nasüftə lö’löyi-tərü mərcan ləbin.Gözlərün hər baxışı tiği-əcəl tək can alur,İsiyi-Məryəm təki ölüyə verür can ləbin.

Xali-mişkin kim, düşübdür ləlün üzrə xal iməs,Bil kim, alundur xərac mülki-Hindistan ləbin.

Kafiri-eşq oldu miskin Kişvəri axir nəfəsNola gər ağzına qoysa şərbəti-iman ləbin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love