Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Vəh ki, sənsiz həmdəmi-ahü fəğan boldum yenə,Bidilü bidilbərü bixanüman boldum yenə.
Pərdeyi-zöhdü səlahə girmiş ikən, vay kim,Bixəbər nagah rüsvayi-cahan boldum yenə.
Ey əcəl, məhrum qoyma yar kuyindən məni,Çün sana mən xaki-ruzi mihman boldum yenə.
Lə’li-canbəxşin kimi tabü təvanım var idi,Çeşmi-bimarını görgəc natəvan boldum yenə.
Daneyi-xalın içün, ey məlamət xirməni,Ruhi-qüds irdim əsiri-xakidan boldum yenə.
Tapmadı çün mülki-həsti içrə ağzından nişan,Kami-dil guya ədəm sarı rəvan boldum yenə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Xətti-səbzin vəsfinə sən Kişvərini hər zaman,Ləblərin tək tutiyi-şirinzəban boldum yenə.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-veh-ki-sensiz-hemdemi-ahu-fegan-boldum-yene
Use ← → keys to move, R for a random poem
More by this author
Gül kimi yüzüm əgərçi, şadü xəndandur mənüm,Lalə tək bağrımda hər yan daği-pinhandur mənüm.
Giryədən tufan qılaydur çeşmi-xunbarım mənümGiryədən tufan qılaydur çeşmi-xunbarım mənüm,Qılğalı tərki-vəfa namehriban yarım mənüm.
Ey qəbayi-səbz ilən sərvi-sərəfrazım mənümEy qəbayi-səbz ilən sərvi-sərəfrazım mənüm,Qarçığay saçlu, laçın gözlü şəhbazım mənüm.
Verdin mana çü eşq ilə dilü dilrübacuğumVerdin mana çü eşq ilə dilü dilrübacuğum,Öldürmə cövr ilən məni, ey bivəfacuğum.
Poems by other poets
Şurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
QaldımYanaram, yanaram, dilim dönməz,Qərib qərib qürbət ellərdə qaldım
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.