Gözdə cadugərlik, xalda fitnəlik,Canım üzdü, zülfi-ənbər bu daqal,Zənəxdanın şeyda gördü könlümü,Tutdu möhkəm, eyləyibən bu da qalBilməzəm ki, nədir günahım mənim,Durubdur qəsdimə cəlladın sənin.

Nə bəyaz gərdəndi, nə sayə sinə,Tər saxla dəyməsin nəs ayə sinə,Sığındım qüdrətin nə sayəsinə,Kərəm eylə, gəl canımdan budəğ alŞahım, qibləgahım, pənahım mənim,Bəsdir mənə munca bidadın sənin.

Sənubər qamətin demə lalədir,Dişin gördü döndü, demə lalədir,Açılsın bənəfşə, demə lalədir,Qanlı sirişkimdən olmuş budaq alGülüstana çəkər həm ahım mənim,Dilər anda qəddi-şimşadın sənin.

Görmədim qəmzən tək sərasər bədən,Səg rəqibi öldür sərasər bədən,Gül bərginə bənzər sərasər bədən,Nə gözəl lalərəng olmuş budaq alQan edibsən məgər, ey mahım mənim,Olubdur eşq ara cəhadın sənin.

Ver muradın bu Vaqifin, ya sənəm,Ya canım al qıl dərdə əm, ya sənəmQədəm basıb bir gəl bizə, ya sənəm,Mehmanımsan qəm ləşkərim buda qalTa göyə yetişsin kulahım mənim,Yayılsın aləmə həm adın sənin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring