Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə,Kuyin çəməni tənə vurar xüldi-bərinə.Sünbül onu görcək özünü saldı qəminə,Pəh-pəh, nə əcəb, şükr xudanın kərəminə.Olmaz belə qamət, belə gərdən, belə sinə.

Xoşdur gül üzərində tamaşası bu zülfün,Hifzində, görüm, saxlaya mövlası bu zülfün,Düşdü xütən əmlakına qovğası bu zülfün,Ta düşdü mənim başimə sevdası bu zülfün,Zəncirilə divanələri çəkdi səfinə.

Zülfün qoxusu, çox dilərəm, canimə gəlməz,Rəhmi məgər əhvali-pərişanimə gəlməz,Bir gecə qulaq asmağa əfğanimə gəlməz,Bilməm nə olub, sevgili yar yanimə gəlməz,Can çıxdı, xudaya, nə deyim mən bu gəlinə?

Bilməm, nə demiş dilbərə ədna genə məndən,Kəsmiş nəzəri, ahü vaveyla, genə məndən,Ün yetməz onun səminə əsla genə məndən,Döndərdi üzün ol güli-rəna genə məndən,Eyb olmaya söysəm belə iqbalın içinə.

İyman gətirib çün hərəm olmağına Vaqif,Sürtər üzünü bu qapı torpağına Vaqif,Gah zülfün öpər, gah düşər ayağına Vaqif,Hərdəm baş əyər qaşlarının tağinə Vaqif,Sənsən mənə həm qibləvü həm Məkkə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love