Sevgilim, məclisə gəl, çünki məhəbbət dəmidir.Görkəmin incə, gözəl nazlı gəlin görkəmidir.

Gül, danış, rəqs elə, bu məclisə can gəlsin qoy,Hər sözün, hər baxışın aşiqə can məlhəmidir.

Mən səninçün, vətənimçün keçərəm canımdan,Bu sözüm, sevgili yar, sözlərin ən möhkəmidir.

Bilirəm mən bu həyat dalğalı bir dəryadır,Eşqimiz hər qocaman dalğaya qalib gəmidir.

İç, Süleyman, dilə gəl, çünki piyaləndəki mey,Bülbülün göz yaşıdır, qönçə gülün şəbnəmidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love