Hər səhər, hər axşam kəsib yolumu
Hər səhər, hər axşam kəsib yolumu,Deyirsən, sevirəm, könül ver mənə,Neçin soruşmursan, könlüm varını heç?Bir də ki, ürəyim sənin üzünü,Sənin söhbətini, sənin sözünüGörüb eşitməyi arzularmı heç?Baxıram üzünə cavan deyilsən,Sevməmiş olmazsan inanıram mən.Bəs sənin ilk eşqin, ilk sevgin hanı?Kim bilir, gəzmisən bəlkə dünyanı,Gəzmisən bəlkə də sən qarış-qarış...Söylə, ey tanınmaz insan, bir danış,Budaqdan-budağa qonan quşmusan?Həyatda beləmi ömr edər insan?Elə bil duyursan baxışlarımdanQəlbimdə dolaşan sualları sən.– Nə deyim, dolaşıq ömür, həyatdı...Mən onu atmadım, o məni atdı...– Bəlkə də doğrudur sözlərin sənin,Nurunu itirmiş gözlərin sənin,Bir təzə qar kimi ağarmış başın,Qırx beşi yəqin ki, ötmüşdür yaşın...Əgər bu yaşında yalqızsansa sənMüqəssir yenə də demək özünsən.Həyat yollarında dolaşan insanEşqin yolunda da dolaşar, inan.İndisə yolumdan çəkil əbədi,Qara kölgə kimi gəzmə dalımca.Döymə pəncərəmi başsız küləktək,Olma çağrılmamış bir qonaq bunca.
Yolumun üstündə bir də görünmə,Ardımca kölgətək gəlmə, sürünmə!Mən öz ilk eşqimə sadiqəm, inan.Yalnız vəfasızlar çıxar yolundan!
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-her-seher-her-axsam-kesib-yolumu
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Çərx fələk məni qıldın divanəAyrı saldın yarı anıb ağlaram
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriYetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Qurban olduğumGənə saldı məni eşq cünuna,Lalə üzarına qurban olduğum.