Mənim ruhumu çək
Mənim ruhumu çək, ruhumu, nəqqaş,Görənlər hər yerdə tanısın məni.Qəlbimdə, könlümdə, ruhumda təlaş,Sevirəm, sevirəm eli, Vətəni.
Mənim ruhumu çək, ruhumu, nəqqaş,Göstər, tale ilə barışmadım mən.Qəlbimdə, ruhumda, könlümdə təlaş,Axına qaynayıb qarışmadım mən.
Mənim ruhumu çək, ruhumu, nəqqaş,Yalanı, riyanı bıçaqlamışam.Elimlə bir dəfə gülmüşəmsə mən,Vətən həsrətilə yüz ağlamışam.
Mənim ruhumu çək, ruhumu, nəqqaş,Tərif diləsələr, gəlməz əlimdən.Məni başqa cürə yaratmış həyat,Qəlbə zidd getməyi bacarmadım mən.
Mənim ruhumu çək, ruhumu, nəqqaş,Desələr, bir dəfə düzlüyə göz yum,Hissim, duyğularım keçirər təlaş,Mənim öz fikrim var, öz düzgün yolum.
Mənim ruhumu çək, ruhumu, nəqqaş,Həssas bir şairəm, sadə bir insan.Dövlətim, sərvətim bunlardır ancaq,Ömrüm qayğılarla keçdi hər zaman.
Kitabxana.az · https://kitabxana.az/en/works/hekime-billuri-menim-ruhumu-cek
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Sərasər sərində mürəssə kuləh,Siyah pirahən sən, simtən pəri,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
BirəSizə mən vəsfin edim bu evi viran birənin,Dini yox, məzhəbi yox, şum bəd-arkan birənin,
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.