Dəniz qoparır haray,Qızım, laylay, a laylay,Laylay deyir sənə, bax,Şır-şır axan bulaq, çay.

Böyü, boya-başa çat,İşindən, əməlindənSən ana ürəyimdəGözəl bir aləm yarat.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.

Qoy elin məhəbbətiQəlbində izlər açsın,Sənin xəyal şəhpərinDağlar, dənizlər aşsın.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.

Ürəyində həmişəQanad çalsın arzular,Ürəyim sənə daimSəadətlər arzular.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.

Ömrün uzun, ürəyinQanadlı bir quş olsun.Gözəl həyat bağındaSevincə qonmuş olsun.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.

Sənsən arzum, istəyim,Yuxla, ömür çiçəyim.Qoy sənsiz bir saat daDöyünməsin ürəyim.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.

Qoy çəkdiyim əzablarSənə ömür bağındaBollu bəhər gətirsin.

Səadətə yetirsinSəni gənclik çağında.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.

Həyatın bir günəş təkParlaq olsun həmişə.Səni qaldırsın həyatAya, göyə, Günəşə...Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.

Ay dağlara çəkildi,Keşiyində durum mən.Gözümə yuxu getməz,Yuxla, ömrüm, günüm, sən.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.

Gecə keçdi yarıdan,Yuxuladı el-oba, yat.Ağır həyat yolundaSəni qorusun həyat.Qızım, laylay, a laylay,Quzum, laylay, a laylay.

Dəniz qoparır haray,Qızım, laylay, a laylay,Sənə laylay deyir, yat,Uzaqlarda bulaq, çay.Qızım, laylay, a laylay,Körpə quzum, a laylay.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets