Mənim gözəl dənizim,Doğma Xəzərim mənimÖmrü neçə əsrlikSənət əsərim mənim.

Sinəndəki buruqlarÜrəyimə dayaqdır.Sayıq keşikçilərtəkO həmişə oyaqdır.

Bakının qucağındaBir anasan, ey dəniz.Bir övladsan – vəfalı,Bir sonasan, ey dəniz!

Bir dənəsən dünyadaDəryalar sənə məftun.Sənin göy sularınaMəftunam, yenə məftun.

Mənim gözəl Xəzərim,Suların inci kimi.Yaşayır ürəyiminİtməz sevinci kimi.

Mənim gözəl Xəzərim,Sənin göy sularındaÜrəyim var, gözüm var.Sənə qəlbimdə hələDeyilməmiş sözüm var.

Çöllər, bağlar solacaq,Meşələr solacaqdır.Günəş kimi, camalınDəyişməz qalacaqdır.

Məni xatırlayarsanSahillər birləşəndə,Bir ürəkdə min arzu,Min istək yerləşəndə...

Xeyir-dua ver mənə,Anam Xəzər, can Xəzər.Ey hər qətrəsi dərman,Mirvari, mərcan Xəzər.

Aç mənim yelkənimi,Gözü yolda qalan var.Xəzər, arxamca çiləGöy dalğalar, göy sular.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets