Yıxdılar aşiqlərin qəlbi kimi meyxanəni,Bivəfalar əhdi tək sındırdılar peymanəni.

Ləli-canan tək uzaq oldı nəzərlərdən şərab,Çeşmi-dilbər tək xumarə saldılar məstanəni.

Rindü şeyxü salikü zahid qarışmış bir yerə,Çeşmi-həqbin yox, seçə namərd ilə mərdanəni.

Düşdi rövnəqdən gülüstani-vəfa, zağü zəğənBülbüli-şeyda yerində başlıyub əfganani.

Atəşi-şövqi-məhəbbət yandururdı aqibət,Şəmlər nahəq yerə yandurdilər pərvanəni.

Oldum həmrəng, cəmaət, eşqi-xalü zülf iləRişteyi-zünnarə düzdüm səbheyi-səddanəni.

Ey dil, əl çək, yox bəni-növi-bəşərdə etibar,Məskən et bayqusifət bir guşeyi-viranəni.

Kutəh eylün qisseyi-zülfi, ey ərbabi-üqul,Rahət əgləşsün qoyun, zəncirdə divanəni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Raci, gördüm tərgi-candur iqtizayi-ittihad,Bəzmi-vəsli-xasə qoymazlar girə biganəni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love