Övzai-çərx sanma ki, biixtilaf olur
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Övzai-çərx sanma ki, biixtilaf olur,Cuyi-zəmanə gah bulanır, gah saf olur.
Verməzlə gah Yusifi Misrin bəhasınaGəh pirəzal əlində bəhası kəlaf olur.
Eşq əhlinə bir özgə əziyyət rəva deyil,Təni-rəqibü cövri-zəmanə kəfaf olur.
Məşuqə aşiqin bilü razi-nihanınıBu rişteyi-məhəbbət ona telqraf olur.
Kəşf eylərəm bu eşq ilə hüsnün mətalibin,Amma yazanda xamə bu sirri şikaf olur.
Tövəmdi rəncü rahət, müdğəmdi eyşü qəm,Vəslü fəraq, şadiyü matəm müzaf olur.
Hər şeyi öz yerindədi bu karxanənin,Dəxlü təsərrüf eyləsə hər kim, xilaf olur.
Hər kimsə öz məqamını aləmdə seyr edər,Ənqayə Qaf, cüğdə xərabə mütaf olur.
Ustad hər kəsin qədinə bir qəba biçib,Var bir qəba ki, özgə qəbayə sicaf olur.
Olmaz yüz il fəğanə gələ zar, əndəlib,Pəşşə nə qədr tiz uça, simürği-Qaf olur.
Bəs, hər kəs anlasın gərək öz qürbü qədrini,Rubəh nə növi şirə hərifi-məsaf olur.
Amma olubdu çoxlara bu əmr müştəbeh,Culfalıq etməmiş küləhduz kəlaf olur.
Maqta — the closing couplet bearing the poet’s pen name. Raci, fünuni-şerdə gərçi vəhidsən,Dəm vurma çox ki, baisi-lafü kəzaf olur.
Kitabxana.az · https://kitabxana.az/en/works/ebulhesen-raci-ovzai-cerx-sanma-ki-biixtilaf-olur
Use ← → keys to move, R for a random poem
More by this author
Dur, ey cəfa ilə servi-qəddi şikəstə oğul,Hava çox istidü, yatma quru yer üstə oğul.
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
Gene bu tazə, könül mehri bir cavanə salıbGenə bu tazə, könül mehri bir cavanə salıb,Genə bu pir, ələ bir Yusifi-zəmanə salıb.
Götür saqi, meyi-gülfami, doldur cami-zərrinəGötür saqi, meyi-gülfami, doldur cami-zərrinə,Əlimdən dut, amandur, qərq oldum qüssə bəhrinə.
Poems by other poets · Love
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Dilim-dilimAşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.
ما به دست یار دادیم اختیار خویش راحاصلی زین به ندانستیم کار خویش را
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin