Dilim-dilim
Aşıq, nə yar deyib fəğan edirsən?Titrəyir ağzımda, yar, dilim-dilim.Baş yastıqda, gözü yolda qalmışam,İstəyir dağlardan qar, dilim-dilim.
Eşqin firqətindən bəlkə çaşmışam?!Dərd əlindən başım alıb qaçmışam.Onun həsrətindən xəstə düşmüşəm,İstərəm köksündən nar dilim-dilim.
Heç bilmirəm nə xəyala dalıbsan?Haldan salıb ixtiyarım alıbsan.Yazıq Abdullanı gözdən salıbsan,Al xəncəri, məni yar dilim-dilim.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-dilim-dilim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Söylə, ey gül, hansı bağın sən güli-rənasısan?Hansı gülzari-behiştin sərvisən, tubasısan?
Xaki-rəh etdi aşiqi-miskini ol həvəsXaki-rəh etdi aşiqi-miskini ol həvəsKim, paybusi-yarə qaçan bula dəstrəs.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
ArasındaSevdiyim şamama bəslər,Dolanar tağ arasında.