İzin versən durum, dönüm başına,Mənim ərzi-halım yaz, qələm indi.Gəl rəhm eylə gözdən axan yaşıma,Dostun zəhmətinə döz, qələm, indi.

Dostun həsrətindən olmuşam Sənan,Misirdə satılır Yusifi-Kənan,Dilimdə əzbərdi, könlümdə pünhan,Eyləyib dərdimi yüz, qələm, indi.

Hər nə söz deyilsə götürən sənsən,Könlüm mətləbini bitirən sənsən,Yaxşını yamana yetirən sənsən,Yaraşır şəninə söz, qələm, indi.

Sən lövhi-məhvuzdan olubsan aşkar,Sənə nəzir qılıb qəni-kirdigar.İsmim Abdulladı, özüm sənətkar,Sizə ümidvarıq biz, qələm, indi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets