Səxavətsiz dövlət nəyə gərəkdir
Səxavətsiz dövlət nəyə gərəkdir,Əgər yığsan bu dünyanın sanınca.Mərifət lazımdır bir insan üçün,Hökmü olsa Dağıstanın xanınca.
Qəlbimdə gəzirəm Şeyxi-Sənanı,Belə qərar verib kərəmin kanı.Qanmazın yanında qananın canı,Üzüləcək, o da mətləb qanınca.
Abdullayam, dostla ara dəyibdi,Çünki olub bəxti qara, dəyibdi.Sinəmə hesabsız yara dəyibdi,Qərar tutsa bir zənburun sanınca.
Kitabxana.az · https://kitabxana.az/en/works/usta-abdulla-sexavetsiz-dovlet-neye-gerekdir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
MənəmQanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəm
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.