Səxavətsiz dövlət nəyə gərəkdir?Əgər yığsan bu dünyanın sanınca.Mərifət lazımdır bir insan üçün,Hökmü olsa Dağıstanın xanınca.

Qəlbimdə gəzirəm şeyxi-Sənanı,Belə qərar verib Kərəmin-kanı.Qanmazın yanında qananın canıÜzüləcək, o da mətləb qanınca.

Abdullayam, dostla ara dəyibdi,Çünki olub bəxti qara, dəyibdi.Sinəmə hesabsız yara dəyibdi,Qərar tutsa bir zənburun sanınca.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets