Qaçan ol sərvi-səhi nazilə rəftar eylər,Gövhəri-əşki gözüm payinə isar eylər

Bülbülün giryə vü zarilə keçər ömrü dəriğ,Bağı-aləmdə gülün aləmini xar eylər

Ey könül, cəzbi-qulub etməyə şirinliyilə,Ol şəkərləb yenə tuti kimi güftar eylər

Ötür sonra yüzümdən bənim ol simbədən,Şimdi bizar deyü baxmaz üzümə, ar eylər

Nitqiya, razi-dürunum necə məxfi ola kim,Şe'ri-dilsuz bənim halımı iş'ar eylər

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring