Cövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.

İşrətsərayi-könlümü, ey yari-tündxu,Hər dəm cəfavü qəhr ilə gəl etmə tarmar.

Hicrində dürri-əşk, vüsalında nəqdi-canBilməm, hüzurü qeybətdə eylərəm nisar.

Gülşəndə gör nə şur ilə bülbül fəğan edir,Guya ki, şax üzrə gülə həmdəm oldu xar.

Dil intizari-vəsldə pamali-fikr olub,Tən atəşi-fərağdə çün muy biqərar.

Gər feyzi-cami-eşqi-həqiqətdə məstsən,Əhsənt xoş məqamdəsən, olma huşyar.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dövran ki, saqiyi-qəmə olmuş həvalə, gör,Bu dövrdə Kəminə kimi kimdi kamgar.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love