Qanlı rəqib, nədir sözün bir qərəzAləm sənin olsun, nazlı yar mənəmƏqlimi, huşumu, ixtiyarımıAlubdur əlimdən bu nigar mənəm

Qoymazlar bir saət şad olub gülümGözlərimdən axan al qanı silimAy ağalar, qara könlü bülbülümHəmrah olmuş bu könlümə xar mənəm

Bülbül tək alışub odlara yanarƏmən aşiq dost ləbindən dad qanarYarım küsmüş nə danışur nə dinərOlubdur başıma dünya dar mənəm

İstərəm bir neçə kəlmə danışamYa növbəti eşq oduna alışamQol boyun olub bir dəm sarmaşamÇıxa bu könlümdən intizar mənəm

Mirzə dir payəndazdır yar gəlsə yüzümVarıb dərdi-dilim ərz edəm özümKönlüm pərişandır, qan ağlar gözümGedubdur əlimdən ixtiyar mənəm

Random poem

Poems by other poets · Love