Bəsdir, gözəlim
Məni məftun elədin, ah, bu nə səsdir, gözəlim?!Bu nə səsdir, nə həvəsdir, nə nəfəsdir, gözəlim?
Mən sənin eşqini qəlbimdə müdam gəzdirirəm,Sən də könlündə mənim eşqimi gəzdir, gözəlim.
Varlığım, xoş əməlim, güllü baharım sənsən,Bu ürək sözlərimə şübhə əbəsdir, gözəlim.
Gəl, yaxın gəl ki, alışsın nəfəsimdən nəfəsin,Soyumaq, məncə, səninçin hələ tezdir, gözəlim.
Sevməyirsənsə əgər gəlmə, uzaqdan-uzağaSəni görmək yenə də Rüstəmə bəsdir, gözəlim.
Kitabxana.az · https://kitabxana.az/en/works/suleyman-rustem-besdir-gozelim
Use ← → keys to move, R for a random poem
More by this author
Yenə min arzuyla çıxdım səfərə,Araz sahilində izimi gördüm.
PiyaləmAyrılıqdan odlanan bağrımda laləm var mənim,Titrəyən kirpiklərimdə qanlı jaləm var mənim.
Saxla yadındaQardaş! Gözümə sən yenə pəjmürdə göründün,Bəsdir bu qədər qolları zəncirli süründün.
QorxmuramQorxmuram yağılardan bu qaranlıq diyarda,Könlüm günəşə həsrət bir zirzəmi kimidir.
Poems by other poets · Love
Sən ey gözəl vətənim,Yurdum, yuvamsan mənim,
Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstəSəni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.
Qəzəl: Qəm tutma, könül, eşqi ziyafətlü deyirlərQəm tutma, könül, eşqi ziyafətlü deyirlər,Xof ilə bu sərmənzili heybətlü deyirlər
QalmışamAy ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.