Biganəyə

Mən baharam, sən xəzan, sən başqasan, mən başqayam,Göylərim görməz duman sən başqasan, mən başqayam.

Hər şeyə biganəsən, mənsə bütün düşmənlərəVermərəm bir an aman, sən başqasan, mən başqayam.

Sözdə, söhbətdə, sədaqətdə, məhəbbətdə, yəqinBilməyən yox, hər zaman sən başqasan, mən başqayam.

Etiraz etməz könül, dar gündə təkrar, bir dahaXalqım etsin imtahan, sən başqasan, mən başqayam.

Mən Süleyman Rüstəməm, bir dost itirsəm cəbhədən,Od tutar bağrımda qan, sən başqasan, mən başqayam.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ağamalıoğlu

Azərbaycan xalqının mübariz, müdrik oğullarından biri də şöhrəti vətən hüdudunu aşmış Səmədağa Ağamalıoğludur. Xalq, vətən qarşısında bu yorulmaq bilməyən inqilabçının, mütəfəkkirin xidmətləri çoxdur.Ağamalıoğlu bir sıra mühüm, məsul, rəhbər vəzifələrdə işlərkən həmişə xalq arasında olmuş və onunla bir nəfəs almışdır.

6 min
Cəlil Məmmədquluzadə

Azərbaycan ədəbiyyatında çox sevdiyim şəxsiyyətlərdən biri də unudulmaz Cəlil Məmmədquluzadədir.Mən gənclik illərindən onun əsərlərini maraqla izləyir və böyük məhəbbətlə oxuyurdum. Ədibimiz əsərlərində xalqımızın keçmiş dövrdəki yaralarını bir cərrah əliylə yoxlayır və onun sağalmasına yollar axtarırdı. Azərbaycan xalqı azadlığa çıxdıqdan sonra Molla Nəsrəddinimizin artıq öz satira silahını inqilabın fütuhatına əngəl törədənlərə, yeni cəmiyyətin düşmənlərinə, millətin gözündən dini mövhumat pərdəsi asmaq istəyən ruhanilərə qarşı çevirdi. Mən Cəlil Məmmədquluzadə ilə Nərimanov adına Sənaye Texnikumunda oxuyarkən yazdığım kiçik xəbərləri “Molla Nəsrəddin” məcmuəsinə apardığım zaman tanış oldum. Sonralar onu tez-tez görürdüm. Mən o zaman “Azərbaycan gənc qələmlər ittifaqı”nda çalışırdım. Onu mədəniyyətimizlə, ədəbiyyatımızla əlaqədar təşkilatlarda tez-tez görərdim. 1928-ci ildə türk işçi-kəndli teatrında Cəlil Məmmədquluzadənin “Anamın kitabı” əsəri tamaşaya qoyulmuşdu. Mən öz daimi biletimlə səhnə ilə üzbəüz lojada oturmuşdum. Cəlil Məmmədquluzadə öz həyat yoldaşı Həmidə xanımla birlikdə həmin lojada idi. Tamaşada respublikamızın istedadlı artistləri iştirak edirdi. Onu da deyim ki, o zaman artistlərimiz səhnədən müəlliflərin əvəzinə özlərindən əlavə sözlər uydurub söyləməkdən çəkinmirdilər. Tamaşa əsnasında üç oğul ana ilə bacılarını ərə vermək haqqında söhbət edirdi. Türkiyədə təhsil almış oğlunun rolunu ifa edən Kazım Ziya anasına belə dedi:

8 min
Xəyalımda Mirzə Fətəli canlandı

Vətən müharibəsi illərində ordu sıralarında İran Azərbaycanında olduğum zaman gördüklərimi, eşitdiklərimi qələmə alsam böyük bir kitab olar. Əlbəttə, yaxın zamanda oxucularım belə bir kitabı görə biləcəklər.İran Azərbaycanında üç ədibin adı dillərdən düşmürdü. Biri Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin), biri Mirzə Fətəli Axundov, biri Mirzə Ələkbər Sabir idi.

19626 min
Əzim Əzimzadə

Əzim Əzimzadə təsviri incəsənətin yüksək zirvələrində özünə əbədi yer tutmuş qüdrətli, sözün əsl mənasında xalq rəssamıdır.Böyük rəssamın şöhrəti bütün varlığı ilə xalqa, vətənə bağlılığından, onlara böyük istedadıyla xidmət etməsindən irəli gəlmişdir.

19703 min

Poems by other poets