Səni gər çəksələr, ey dil, bu meydan içrə dar üstə,Budur şərti-vəfa kim, dutmayasan yar yar üstə.

Çəməndə açılıb güldür demə, ey bağiban bil kim,Cigər pərkaləsidür bülbülün kim, qaldı xar üstə.Məni-zari-zə’ifi görgəc ol məh dedi, vaveylaKim, ölmiş bir ğəribi-natəvan bu rəhgüzar üstə.

Gözün kim, könlümi avla, məni ğəmzən bilə öldürKi, düşməz qan əgər ölsə birü avnə ki, şikar üstə.

Əgər, ey Kişvəri, töksən özünçün yaş həqqindür,Səninçün ağlayan kimdür, gələn daxı məzar üstə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love