Yar içər əğyar ilən mey şadü xəndan hər gecə,Qalmışam mən yarisiz giryanü büryan hər gecə.

Kaş ki, gəlsə əcəl kim, qurtuleydim bir yolu,Necə göydürsün bir onu daği-hicran hər gecə.

Köksüm olmuş parə-parə, lalə tək bağrım kəbab,Sənsiz, ey gül, ğönçə tək könlüm olur qan hər gecə.

Şəm’i-rüxsarini kutardı yüzindin utanıb,Yerə girər gögdən xurşidi-taban hər gecə.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gər saçın fikrində bir dəm olsa miskin Kişvəri,Səksənür, guya girər qoynuna yilan hər gecə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring