Zülfi yüzündən irağ ömrüm keçər matəm bilə
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme. The closing couplet is the maqta: there the poet signs with a pen name.
Zülfi yüzündən irağ ömrüm keçər matəm bilə,Necə keçsün bir kişinin sübhü şami ğəm bilə.
Eylə kim, ağlar gözüm səndən irağ irməz əcəb,Seyli-əşkim yıxsa bu taqi-fələgni ğəm bilə.
Ləbləründən ayru ağudur əgər versə mana,Abi-heyvan şərbəti iylə ki, cami-Cəm bilə.
Kimsədən buyi-vəfa çün gəlməz, ey dil, imdidən,Aşinalıq qılmagil nəsli-bəni adəm bilə.
Maqta — the closing couplet bearing the poet’s pen name. Könlümün zəxminə mərhəm qoymagil, ey KişvəriKim, sağalmaz tiği-hicran yarəsi mərhəm bilə.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-zulfi-yuzunden-irag-omrum-kecer-matem-bile
Use ← → keys to move, R for a random poem
More by this author
Nazikü şirin dodağın, ey büti-huri məniş,Bərgi-güldür kim, tapıbdır bal içində duriş.
Gözlərin sevdasidə gəldi mana bimarlıqGözlərin sevdasidə gəldi mana bimarlıq;Bir gəlüb sormazsan, axır beləm olur yarlıq?!
Ölməgim, ol verdi sana işvəvü əyyarəliqÖlməgim, ol verdi sana işvəvü əyyarəliq,Bizgə ruzi qıldı bikəslik bilə biçarəliq.
Necə, ey xodkam, hicründə mana bədnamlıqNecə, ey xodkam, hicründə mana bədnamlıq,Sən vəfasız dusti sevməkdə, düşmən kamlıq.