Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Könül cövrünə qatlanmaz, gedəlim bari şəhrindən,Ana səbrü xirəd yuməz, gedəlim bari şəhrindən.
Gözüm peyvəstə pürnəmdür, qaşın tək qaməti xəmdür,İnayət baxışın kəmdür, gedəlim bari şəhrindən.
Ze sar ta pa bəla sənsən, əcəb nə aşina sənsən,Bəğayət bivəfa sənsən, gedəlim bari şəhrindən.
Ola bilmən həbib ilən, görə bilmən rəqib ilən,Qalupdur iş nəsib ilən, gedəlim bari şəhrindən.Yanında, ey güli-novrəs, çü birdür bülbülü kərkəs,Çəkincə cövri hər nakəs, gedəlim bari şəhrindən.
Görər idi məni-giryan bir yan, səni bir yan,Çü qıldın bağrımı büryan, gedəlim bari şəhrindən.
Çü səndən görmədi yarı, nə yarivü nə dildari,Necə bir naləvü zari, gedəlim bari şəhrindən.
Qulundur Kişvəri bəndə, əməgi çoxdur səndəKi, necə belə şərməndə, gedəlim bari şəhrindən.
Kitabxana.az · https://kitabxana.az/en/works/kisveri-konul-covrune-qatlanmaz-gedelim-bari-sehrinden
Use ← → keys to move, R for a random poem
More by this author
Sən vəfasız yar ilən yar olmasaydım kaş ki;Ya ğəmü dərdin bilə alışmasaydım kaş ki.
Yoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəkiYoq demə ki, nəfəs verəm Tanrı içün cəki-cəki,Qıl mana busəyi-kərəm Tanrı içün cəki-cəki.
Vəh ki, qıldı natəvan bir gözləri sayru məniVəh ki, qıldı natəvan bir gözləri sayru məni,Qıldı rüsvayi-cəhan bir nərgisi-cadu məni.
Xanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsiXanı sən, ey çarəsiz dərdi-dilimnin çarəsi,Canim arami, könül məqsudi, bağrım parəsi.
Poems by other poets · Love
Ey ağalar necə olurHalı yardan ayrılanın
“Lirik mahnı”Süzə-süzə gəzdimBu elləri
Ol zaman kim məst qıldı çeşmi məxmurun məniOl zaman kim məst qıldı çeşmi məxmurun məni!Xaki-pakə ol dəm etdim, mən fəda canü təni.
Köhnə dostÇoxdandır əllərin əlimə dəymir,Niyə bu köhnə dost köhnəlmiş oldu?