Vəh ki, qıldı natəvan bir gözləri sayru məni,Qıldı rüsvayi-cəhan bir nərgisi-cadu məni.

Həlqeyi-zülfündən ayru eyləyəm divanə kim,Saxlamaq mümkün dəgül zəncir ilən bağlu məni.

Ey visalun eydü mən eydi-visalundan bəid,Öldürür hər ləhzə bu həsrət bilə qayğu məni.

Görgəli zülf ilə xalıni giriftarəm sana,Gör ki, necə bağladılar hər iki hindu məni.

Maqta — the closing couplet bearing the poet’s pen name. Xanüman tərkin qılıb səhrayə düşdüm, Kişvəri,Qıldı avarə vətəndən bir gözi ahu məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love