Ötti iş andan ki, daxı dərdimə dərman qılay,İmdi fikrim budurur kim, can sana qurban qılay.

Xanüman tərkin qılıb keçdüm sərü samanidən,Getti ol kim, daxı fikri-sərü saman qılay.

Gözlərüm Yə’qub tək kor olsun, ey İsanəfəs,Kim, sən olan yerdə yad Yusifi-Kən’an qılay.

Mərdömi-çeşmüm ki, düşdi xaki-payından irax,Yox əcəb gər ağlamaqdan dəmbədəm tufan qılay.

Maqta — the closing couplet bearing the poet’s pen name. Dedi kim, keç yardin, ya canidin, ey Kişvəri,Yar tərki müşkül irür, gəl ki, tərki-can qılay.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets