«Ətsiz» romansı
Bir zaman dözməz idik bir neçə saət ətsiz,İndi aylarla qalır güllü-cəmaət ətsiz.
Elə ki, girdin evə, sumka badımcanla dolu,Qayıdar sumka sənin başuva, əlbət ətsiz.
Kimisi beyti-Gülüstanda toyun çaldırdı,Kimi də toy elədi, çəkdi xəcalət ətsiz.
Nə müəllimdə həvəs var ki, desin, dərs uşağa,Nə uşaqlar eləyir dərsi qiraət ətsiz.
Batıb ordum, əriyib şam kimi şümşad bədənim,Dağıdır hər yerimi köhnə kravət ətsiz.
Əsgərin ət payı zabit tavasında qızarır,O səbəbdən döyüşə yoxdu cəsarət ətsiz.
Vəkilim xəstələnəndən kəsilibdir ətdən,Ölür, amma ölə bilmir kişi rahət ətsiz.
Mənə dərs keçdi MM cincilimin xeyrindən,Dedi, get ottaginən, eylə qənaət ətsiz.
Belə bir fikri vəkillər sala kaş gündəliyə,Kişidə yox həvəs, arvadda təravət ətsiz.
Baba Punhandan əgər arxayın olsan da gülüm,Səni bir gün yeyəcək qalsa, ey afət, ətsiz.
1 iyun 1999. Bakı
Kitabxana.az · https://kitabxana.az/en/works/punhan-etsiz-romansi
Use ← → keys to move, R for a random poem
More by this author
– Deyirlər, iqtidarla müxalifət dialoqa gedəcək. Məni bir başa sal görüm, dialoq nə deməkdi?– Dialoq o deməkdi ki, o deyir-bu deyir, o deyir-bu deyir... və axırda "o" deyir.
Doyan bu rəhmətlik kimi olarNeçə ildir ki, yan-yörəmi tikirlər. Uzununa tikirlər, danışmıram. Eninə tikirlər, danışmıram. hündürlüyə qaldırırlar, danışmıram. Suyumdan su, qazımdan qaz, işığımdan işıq çəkirlər danışmıram. Görürlər ki, danışmıram, deyirlər, qonşu bəlkə bir-iki metr yer verəsən özümçün maşın yolu düzəldim. Üzünə baxıb, susuram. Yenə danışmıram. Mənim susmağım daim dərdli olduğumdandır. Mənim dərdim, Qarabağın olmadığındandır, gəlin-qızlarımızın ermənidə əsir olduğundandır. Amma gecə-gündüz yorulmadan tikən, genişləndirən, bağ salan bu adamlarda bu qədər həvəs, fərəh hardandır bilmirəm. Bu yaxınlarda ev tikən yerdə bir qonşumun başına beton düşüb, öldü. Təbii ki, mən də yasa getmişdim. Ölü qalmışdı bir yanda, qonşular yer üstdə böyük mübahisəyə çıxmışdılar. Biri o birinin evinin üstündə ev tikmək istəyirdi, bu qoymurdu. O biri onun altında nə isə tikmək istəyirdi o qoymurdu. Mən də hamının üzünə baxa-baxa dinləyirdim. Amma danışmırdım.Söhbətin bir yerində dözə bilməyib qonşularımdan birinə dedim: "Ay qonşu, bu qədər ki, tikirsən doymursan bəyəm?". O mənə belə dedi: "Günlərin bir günü iki mollanı birlikdə qonşu kəndə yas yerinə çağırırlar. Onlar yası yola verib qurtarana yaxın başqa bir yas yeri də çıxır. Faytona minib ora gedirlər. Orda da xəbər gəlir ki, o biri kənddə Quran taşpırmaq lazımdır. Yeməkdən gücnən tərpənən mollalar bu yeri də əldən vermirlər, gedirlər. Və, nəhayət, gecədən xeyli keçmiş faytonla öz kəndlərinə qayıdırlar. Faytonçu mollaların fısıltısına qulaq asa-asa xırda-xırda faytonu sürür.
Sual-cavab– Fransız qızları ilə azəri qızlarının geydiyi yubkalarda fərq nədədi?– Fransız qızları razrezli yubkalar geyir, azəri qızları isə yubkasız razrezlər.
Arvad eşidərHəcc ziyarətindən qayıdan bir nəfərin yanına dostu təbrikə gələndə ondan belə bir şey soruşur:– Hacı, deyirlər orda Həcəri öpmək hər adama qismət olmur. Sən onu öpə bildinmi?
Poems by other poets
Ey şövqi-ruxun gün kimi əşyaya mücəlla,Üşşaqa təmaşayi-cəmalın fərəhəfza,
SöküldüAğzın bal dilin şəkər Mahtab,Yenə ciyərimin başı söküldü
EylərEy tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylər
İndiGöz yaşından namə yazdım, yolladım,Oxuyub dərdimi qanalar indi