Eylər
Ey tubi baxışın yıxdı aləmi,Xumar gözün gənə qiyamət eylərKə'bəi-kuyin görəndən bəri,Haçan qibləni ziyarət eylər
Qırğı başlı, tuyğun, tərlan cilvəli,Görməmişəm belə nazlı, qəmzəli,Sərasər yaxası qızıl düyməli,Baxdıqca üzünə fəxarət eylər
Zahid baxsa zülfi-pərişanına,Tərk eylər məscidi, gələr yanına,Sidq-i-dildən canın qatar canına,Hurii-ğilmana məlamət eylər
Hər kim ki sənə baxarsa kindən,Bil ki öyrənibdir o halı məndən,Özgə təvəqqəm yox əsla səndən,Xəstə Salik sənə zərafət eylər
Kitabxana.az · https://kitabxana.az/en/works/salik-el-sairi-eyler
Poems by other poets
Nigara eşqüñüñ fəryad əlindənKi qalmaz hicrüñüñ azad əlindən
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
NağılBeləcə gedəydik, çıxıb gedəydik,ikimiz hardasa gözdən itəydik.