Beləcə gedəydik, çıxıb gedəydik,ikimiz hardasa gözdən itəydik.Nə sən deyəydin ki, gecdi, get artıq,nə mən deyəydim ki, dayan azacıq.Nə səndən “hardasan” soruşaydılar,nə mənim işimə qarışaydılar.Yenə danışaydın, yenə güləydin,mənim gözlərimdə güzgülənəydin.Sən dərsdən qalaydın.Mən işdən...ancaqdərsdə də, işdə də hamıdan qabaq,sənin qiymətini tez yazaydılar,mənim maaşımı düz yazaydılar.Dünya bir azacıqnağıllanaydı,işıqlar yerdə yox, göydə yanaydı.Biz yerdə itəydik... ruhu, fikri şən.Eh, göydən üç alma düşür deyəsən,Doğrudan nağıldı...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets