Toyda oynadılar, ürək açdılar,sonra gecəyarı dağılışdılar.Yolda gileyləndi biri əlbəəl;– Qız çörək yeyirdi.– Mən ölüm?– Sən öl!– Oğlanı görmüşdüm neçə il əvvəl,gəzənin biriydi.– Mən ölüm?– Sən öl!– Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.– Mən ölüm?– Sən öl!Ölməyin, ölməyin, yazıqsınız siz,ölsün birdəfəlik bu adətiniz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets