İstiqlal laylası
Otuzillik qonşum şair Əli Tudənin ölümündənsonra dünyaya bir oğul nəvəsi gəldi. Bir axşamdivarın o tərəfində körpə ağlayırdı, dözməyib məndə divarın bu tərəfində ağladım. Şeri də bu əhval-ruhiyyə iləgəlinin dililə yazdım.Müəllif
– Şirin balam, körpə quzum, Əli Tudə,Ay işığım, Dan ulduzum, Əli Tudə,yum gözünü, yat yorğunum, yuxusuzum, Əli Tudə.
Sən Arazı keçən gündən yuxusuzsan,taleyi buz, yatağı buz, yeri buzsan.Sən səngəri verən gündən yaralısan,anasızsan, ana deyib ağlayırsan.
O tay vətən, Bu tay vətən, Araz vətən,vətənsizlər deyirdilər vətənsizsən.İran sənə qənim ikən, deyirdilər İranlısan,bu sözdən də yaralısan.
Baba, sısqa istedadlar səni dandı,sərəncamla ad qazandı, Xiyabanda yer qazandı.Əyilənlər qabağında əyilmədin,şah sözünü şah yurdunda şaha dedin.“Gülüstan”ın, “Türkmənçay”ın, “İyirmi bir Azər”in də,ağrısını necə çəkdin şairim, hər əsərində?
Mən Arazı lent eləyib beşiyinə bağlamışam,Savalanın nəfəsini nəfəsindən qoxlamışam.Mən Təbrizi rəsm etdirib evimizə gətirmişəm,orda bitən çiçəkləri mən dibçəkdə bitirmişəm.Mən gəlninəm, mən ananam, Əli Tudə.sənsən oğlum, qayınatam, Əli Tudə.Mən bir əsgər anasıyam, Əli Tudə,səndən ötrü nigaranam, Əli Tudə,istiqlaldı mənim laylam, Əli Tudə.
Laylamızın dəyişilsin ruhu gərək,səngərlərdə itənləri biz beşikdə tapa bilək.Yat desəm də, oyadıram səndə səni,neçə yerə bölübdülər bir ölkəni:Təbriz qolun, Şuşa qolun, Dərbənd qolunSənə qurban, sərhəd olub sağın-solun.Azərbaycan deyəndə mən,sən qalxasan gərək oğlum, Azərbaycan səngərindən.İstəyirəm böyüyəsən, boy atasan,Əli Tudə səngərində sən yatasan.
Şirin balam, körpə quzum, Əli Tudə,Ay işığım, Dan ulduzum, Əli Tudə,yum gözünü, yat yorğunum, yuxusuzum, Əli Tudə.
22 oktyabr, 2001
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-istiqlal-laylasi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Sadiqlikdi, səxavətdi sənətim,Gur məclisdə, ağır eldə yaşadım.
BəstiGəlməyib bərabərin küllühüm, cahana, Bəsti!Ləblərini bənzətmişəm gülə, ireyhana, Bəsti!
Çəkə bilməzİstəyirəm qaçam diyarbadiyar,Könül vətənindən əl çəkə bilməz.
Oldu, ya rəbb, həlak insanlarOldu, ya rəbb, həlak insanlar,Suvarıb torpağı qızıl qanlar.