Yoxlayın siz mənim şeirlərimi,nəyim var yaxşını, yamanı seçin.Göstərin siz mənə mənim yerimi,qorxmayın, üstümdən adlayıb keçin.

Mən nədən qorxmuşam, deyin, siz nədən,Nəyi deməmişəm, çıxıb yadımdan.Mənə yad gözüylə baxmağı bəzənöyrənin ən doğma saydıqlarımdan.

Mənə qulaq asın hər şeydən qabaq,bir səs qulağıma görün, nə deyir:Bəlkə də qüsuru bağışlamamaq,bağışlamaq qədər hünər istəyir?

Ən böyük əsərdir dünyada hünər,o da övlad kimi doğulsun gərək.Bir hərbi qayda var –son ana qədərhissənin bayrağı qorunsun gərək.

Sən ey mənim xalqım, ən qədim bayraq!qismətimə düşən ata sərvətim –Sənin hüzurunda keşikdə durmaq –dünyada ən böyük vəzifəm mənim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets