Badam çiçəkləri, nə zərifsiniz,elə bil hər budaq bir ağ işıqdı.Burda səma işıq, torpaq işıqdı,soyuqdan bir azca göyəribsiniz.Martın şaxtasında, boranda, qardasiz necə qaldınız, o budaqlarda?Necə qopmadınız, ya düşmədiniz,necə donmadınız, üşümədiniz?!Həyatda pisliyi gördünüz... fəqət,sizin çiçək qaldı yenə adınız.Zəriflik dözümmüş, bir də dəyanət,kobud olsaydınız, məhv olardınız.Bəlkə də dünyanın mənası budurzəriflik, kobudluq gəlir üz-üzə.Zəriflik yaşayır, kobudluq ölür, –yaşamaq öyrədir təbiət bizə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring