Kürə yağış yağırdı
Günəş batırdı Kürdə,Durmuşdum sahildə mən.Sularda körpü vardı,Elə bil ki, qızarmış,Kür, Günəşdən axırdı.
Bir ağaca söykənib, dayanmışam bayaqdan.Adamammı, daşammı, ağacammı, bilmirəm.Mən özümün deyiləm, nə yerdəyəm, nə göydə -Başqa bir aləmdəyəm - qayıtmaram, gəlmərəm,Kürə yağış yağırdı...Suda rəngli bir yağış!Belə yağış dünyanın heç yerində olmamış.Açıq düzlər tərəfdə yağış yağır gümüşü.Göylərin təbəssümü, təbiətin gülüşü.Kürün ortasındasa - günün qarşısında al,Al-qırmızı bir yağış,al-qırmızı bir xəyal.Samux meşələrinin kölgələrində - qara,Qara yağış, boz yağış -yağır aramsız yağış.Samux meşələrinin qara kölgəliyindəYağış görünmür gözə.Kürün suyu orada xırda-xırda oynayır.Sanki yağışdan deyil,öz-özünə qaynayır.Kürə yağırdı yağış...Kürə yağış yağırdı...Onun min rəngi vardı...Yağırdı qızıl yağış, yağırdı gümüş yağış,Qara yağış, boz yağış:harda görüşür yağış?İnanmadım gözümə...Dedim, burda baxan mən,Yoxsa bu bir yuxudur gəlib keçdi gözümdən?!Heç bir yerdə, heç zaman,belə bir şey olmamış,Mən yox idim orada...Kürə yağmamış yağış.
Kitabxana.az · https://kitabxana.az/en/works/eli-kerim-kure-yagis-yagirdi
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Bürci-nəhsə düşdü kövkəbi-bəxtim,Fələk zülmü mənə nümayan oldu,
Gözəl qızAğ libasın, tər əndamın, gül üzünNə yaşayır bir-bir üstə, gözəl qız!
Mən getsəm...Mən getsəm, dərələr, dağlar qalacaq,Meşələr, çəmənlər, bağlar qalacaq.
Bil səninGərdən mina, sürah boyun,Al Osmanda yoxdur tayın,