Yaxşı yadımdadır Peredelkino,Klubda karnaval gecəsi vardı.Orda maskaları maska taxmamış,Bir şümal, bir gözəl qız paylayardı.Bəzən görürdim ki, bir ayüzlüyəEybəcər bir meymun maskası düşür.Bəzən də görürdün, elə tülkünün

Özü özü ilə bir də görüşür.Gah da hər gün üzü maskalı olan,Təzədən üzünə bir maska vurur.Bəzən də birisi öz sifətinialır,qəzəblənir,qıza qaytarır.Karnaval qurtarır,adamlar bir-biraldığı maskanı qaytarır qıza.Amma bəziləri naxələf çıxır,Qayıdır evinə üzündə maska.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets