(Monoloq)

Mən elə sürətin təşnəsiyəm ki,Çatsın xəyalımın üfüqlərinə.Bir göz qırpımında yetirsin məniHəm ən yüksəkliyə,həm ən dərinə.Mənim istədiyim o sürət olsa,Xəyalla idrakı bir yerə qatar,Sürünməz yorğunluq bürkülərindəBürokrat təyyarə,bürokrat qatar.Çatar mənzilinə bir an içindəKönlün hər arzusu,sözü,əməli,Bir göz qırpımında birləşər yəqinƏvvəlin axırı,sonun əvvəli!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets